Kür çayında daha bir boğulma halı yaşanıb.

  • SpaceTV
  • 10 İyul 2020 12:48

Bu dəfə bir yox, iki yox, düz 3 nəfər çayın qurbanı olub. Səhv etmirəmsə, son 1 həftə ərzində bu, artıq 5-ci, bəlkə də, 10-cu bənzər hadisədir. Hadisələr bənzərdir, hətta eynidir. Hər birinin sonu fəlakətlə, ailələrin faciəsi ilə bitir. Fərqli olansa bircə şey var ki, o da dəryalara qərq olan insanların taleyi…

Kür çayının Zərdab rayon Burunlu kəndi ərazisindən keçən hissəsində 3 nəfər çimərkən boğulub. FHN 30 yaşlıYusifov Cavid Arzu oğlu, 15 yaşlı Hüseynov Rahil Mahir oğlu və 14 yaşlı İsmayılova Nahidə Rəşadət qızının batması barədə məlumat verib. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. İsmayılova Nahidə Rəşadət qızının meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib. Digərlərinin axtarış isə davam etdirilir.

Vahid Fəxri SPACE TV

Paylaş

 Xəbəriniz olsun