Küp qəbirlər aşkarlanıb

  • Space TV
  • 9 Sentyabr 2020 12:51

Tərtərdə  yeni küp qəbirlər aşkar edilib. Ərazinin öyrənilməsi məqsədilə arxeoloji tədqiqat işlərinin davam etdirilməsi nəzərdə tutulub.

Space TV-nin xəbərinə görə, rayonun Yuxarı Sarıcalı kəndində təsərrüfat işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri, saxsı qablar və insan sümükləri aşkar olunub. Ərazi Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülüb, təsərrüfat işləri dayandırılıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və  Milli Elmlər Akademiyasının  Arxeologiya və Etnoqrafiya İnstitutun əməkdaşlarının iştirakı ilə  əraziyə  baxış keçirilib. Arxeoloji tapıntı  zamanı e.ə I əsrə  aid olduğu ehtimal edilən  2 küp qəbir aşkarlanıb.

Ərazinin öyrənilməsi məqsədilə arxeoloji tədqiqat işlərinin davam  etdirilməsi nəzərdə tutulub.

Paylaş

 Xəbəriniz olsun