Külli miqdarda narkotiklə tutuldu

  • SpaceTV
  • 14 May 2020 16:31

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçirilib. Daxil olmuş əməliyyat  məlumatı əsasında keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş, 52 yaşlı Arif  Babayev şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan sellofan torbada 2 kiloqram 50 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Zaqatala RPŞ-nin İstintaq bölməsində A.Babayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun