Külli miqdarda narkotik vasitə aşkarlanıb

  • Space TV
  • 24 Avqust 2020 14:52

Kürdəmir rayon Polis Şöbəsinə  rayon ərazisində narkotik vasitələrin əkilib becərilməsi ilə məşğul olan şəxsin olduğuna dair məlumat daxil olub. Spacetv.az-ın məlumatına görə, dərhal rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  keçrilən  əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin narkotik vasitələrin əkilib becərilməsi ilə məşğul olan şəxs Kürdəmir rayon Sığırlı kənd sakini Musayev Yasəf  Bəxtiyar oğludur. Keçrilən əməliyyat zamanı onun həyətinə baxış keçrilib və həyətdə  yerləşən yarımtikilidə otaqların birində 10 ədəd,  digərində isə 13 ədəd ümumi çəkisi 2,5 kq narkotik vasitə olan çətənə kolu aşkar olunaraq götürülüb.Yasəf  Musayev saxlanılaraq rayon polis şöbəsinə gətirilib. İlkin dindirmə zamanı o, etdiyi cinayəti etiraf edib və etdiyi əməldən çöx peşman olduğunu bildirib.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun