Külli miqdarda narkotik maddə saxlanılıb

  • SpaceTV
  • 13 Noyabr 2019 15:05

Olduqca maraqlı faktdı. Atan Cinayət, özün cinayətkar. Bəli, söhbət Zərdab rayon sakini Elgün Cənayət oğlundan gedir.  Cinayət oğlu və Sadiq İsrail oğlu Səfərəliyevin  üzərində narkotik vasitələr olması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında hər iki şəxs polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və üzərlərindən qurudulmuş marixuana aşkar edilərək götürülüb.  Müəyyən edilib ki, narkotik vasitələri Sadiq Səfərəliyevə  Zərdab rayon Sarıqaya kənd sakini Məmmədov Məhəmməd Cavanşir oğlu satıb. Bu səbəbdən Məhəmməd Məmmədov da şübhəli şəxs qismində saxlanılıb.  Üzərindən və yaşadığı evdən əlavə 277,99 qram qurudulmuş marixuana aşkar  edilərək,  götürülüb.

Elgün Məmmədquliyev isə  narkotik vasitəni Zərdab rayon Məlikli kənd sakini İsmayılzadə Məğrur Mətləb oğlunun satdığını deyib. Məğrur İsmayılzadə də polis tərəfindən tutulub və üzərindən 1,02 qram, yaşadığı evdən isə 420 qram narkotik maddələr aşkar edilərək götürülüb.  Məğrur İsmayılzadə isə üzərində və yaşadığı evində aşkar edilmiş narkotik vasitəni ona həmkəndlisi Qurbanov Surxay Qocaq oğlunun satdığını deyib. Surxay Qurbanov da şübhəli şəxs qismində saxlanılıb. Evinə baxış keçirilən zaman külli-miqdarda narkotik vasitə aşkarlanıb.

   VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun