Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü İbişov Nicat İsmayıl oğlu saxlanılıb. Şübhəli ilkin dindirmə zamanı törətdiyi əməli etiraf edib. Saxlanılan şəxsin evinə baxış keçirilib. Bu zaman evin yataq otağından sellofan torbada, 1 bükümdə həşiş qətranı, 4 bükümdə küllü miqdarda heroin, 30 bükümdə marixuana və xeyli sayda psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb.
Qeyd edək ki, saxlanılan şəxs – Nicat İbibşov əvvəllər məhkum olunmayıb. Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanaraq araşdırma aparılır.
VAHİD FƏXRİ SPACE TV