Külli miqdarda narkotik aşkarlanıb

  • Space TV
  • 13 Avqust 2020 15:56

Beyləqanda güclü təsiredici xassəyə malik külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Space TV-nin xəbərinə görə, rayon polis idarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək  məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat həyata keçirilib.

Əldə edilmiş məlumat əsasında Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Şəhriyar Şirinov və onun sərnişini Yevlax rayon sakini Azər Həsənov saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şəxsi axtarış zamanı A.Həsənovun əlindəki sintetik torbada müxtəlif qablaşdırmalarda  5  kiloqramdan artıq narkotik vasitə hesab edilən tiryək, 1 ədəd bağlamada 130 qramdan artıq heroin və 1 ədəd bükümdə 12 qramdan artıq psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir.

Emin Babayev, Şamo Adıgözəlov  -Space TV

Paylaş

 Xəbəriniz olsun