Külək Gəncədə ağacları aşırdı, damları uçurdu

  • SpaceTV
  • 25 Fevral 2020 16:44

Bu gün Gəncə şəhərində səhər saatlarından başlayaraq əsən güclü külək ağacları, elektrik və telefon xətləri dirəklərini aşırıb.

SPACE TV xəbər verir ki, külək Yeni Gəncə yaşayış massivində yerləşən 23 nömrəli uşaq bağçası-körpələr evinin, Üzeyir Hacıbəyov, Dədə Qorqud, Tağı Arani və Azərbaycan küçələrində çoxmənzilli binaların, Şıxzamanlı və Məhsəti qəsəbələrində bəzi fərdi yaşayış evlərinin dam örtüklərini yararsız hala salıb.

Şəhər ərazisində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən iş aparılır.

Paylaş

 Xəbəriniz olsun