Küçəyə çıxanları şənbə və bazar hansı cəza gözləyir

  • SpaceTV
  • 5 İyun 2020 15:14

Bu  axşam 00:00 dan  etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və  Abşeron  rayonu ərazisində xüsusi karantin rejimi daha da sərtləşdirilir və bununlada adı çəkilən şəhər və rayonlarda bəzi hallar istisna olmaqla insanların  küçəyə çıxması qadağan edilir. Yalnız qəza, xilasedici, təcili tibbi yardım avtomobilləri və fəaliyyətinə icazə verilən orqanların məhdud sayda əməkdaşlarının hərəkəti sərbəstdir.

Baş Dövlət Yol Polisi İdarəsinin  şöbə rəisi Kamran Əliyev deyir ki, ikigünlük məhdudiyyət  zamanı respublikanın şimal və cənub girişlərindəki stasianar postlardan başqa karantin rejimin sərtləşdirildiyi şəhər və rayonların ərazisində polis  gücləndirilmiş iş rejimində çalışacaq.Həmin ərazilərdə polis naryadları ilə yanaşı daxili qoşunun hərbi qulluqçuları xidmət aparacaq.

2 günlük məhdudiyyət zamanı  fəaliyyətinə icazə verilən hər hansısa şəxsin xüsusi avtomobilindən istifadəsı qadağandır Məhdudiyyət zamanı taksi, avtobus və digər minik avtomobillərinin hərəkətinəicazə verilmir.Yalnız  icaze.gov.az portalında  qeydiyyatdan  keçən və fəaliyyətinə rəsmi icazəsi olan şəxs işlədiyi müəssisənin xidməti avtomobili olmadan digər avtomobildən istifadə edə bilməyəcək

Kamran Əliyevin sözlərinə görə sakinlər yalnız zərurət olduğu halda təcili tibbi yardım avtomobilləri və yaxud yaxın qohumlarının dəfn mərasimində iştirak etmək üçün daxili işlər nazirliyinin 102 xidməti zəng mərkəzinə məlumat verib icazə aldıqdan sonra yaşadıqları mənzili tərk edəcəklər.

Məlumat üçün bildirək ki,məhdudiyyət qərarı dövründə xüsusi avtomobilindən istifadə edən şəxs qanunvericiliyin tələbinə uyğun məsuliyyətə cəlb olunacaq.Belə ki, bu qaydaları pozan  fiziki şəxslər 100 manatdan 2 yüz manatadək məbləğdə, vəzifəli şəxslər 1500 yüz manatdan 2 min manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs, hüquqi şəxslər isə 2 min manatdan 5 min manatadək məbləğdə cərimə ediləcək

Rəşad Vəkiloğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun