Küçələrdə yatan yaşlı kişi tibb müəssisəsinə aparıldı – FOTO

  • Space TV
  • 10 Fevral 2021 15:07

Xətai rayonu ərazisində küçələrdə yatan şəxs tibb müəssisəsinə aparılıb.

Bununla bağlı Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov məlumat verilib.

Bildirilib ki, Akif Əliyev Sosial Xidmətlər Agentliyinin həssas əhali qrupundan olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisənin sakini olub:

“Sonradan öz istəyi ilə sığınacaqdan ayrılıb. Təəssüf ki, sığınacağa yerləşdirilərək sonra oradan lazımi tibbi müəssisəyə göndərilmə təklifimizi qəbul etmədi. Prosesə sürətli müdaxilə üçün Təcili Tibbi Yardım əməkdaşlarını dəvət etdik. Yenidən harayasa getməkdən imtina etsə də, onu razı sala bildik. Beləliklə, aidiyyəti üzrə müalicə alması üçün tibb müəssisəsinə aparıldı. Müalicənin ardından Akif Əliyevin razılığı olarsa, sığınacaqda yerləşdirilməsini təmin edəcəyik. Orada isti yer və gündəlik üç dəfə qidalanma ilə təmin ediləcək”.

Paylaş

 Xəbəriniz olsun