Küçələrə ərinin və qohumlarının adını verən məmur saxlanılıb

  • Space TV
  • 23 Fevral 2021 11:02

Misirin Əl-Qalibuyə əyalətinin qubernatoru şəhərin bir neçə küçəsinə ərinin və qohumlarının adını verən məmuru işindən azad edib.

Bu barədə “Al-Watan” nəşri məlumatı yayıb.

Qeyd olunur ki, işindən uzaqlaşdırılan şəxs şəhərin ictimai xidmət şöbəsinin müdiri Kafr Şükrüdür.

Məsələ şəhər sakinlərinin çoxsaylı şikayətlərindən sonra ictimailəşib.

Hazırda faktla bağlı İnzibati Prokurorluq tərəfindən araşdırılma aparıldığı bildirilir.

Paylaş

 Xəbəriniz olsun