Küçədən minlərlə litr qan axdı

  • Space TV
  • 12 Mart 2020 14:34

Sosial şəbəkələrdə dəhşət filmlərini xatırladan video yayımlanıb. Kadrlarda küçədən minlərlə litr qanın axdığı əks olunub.

Görüntülər Argentinanın Moron şəhərindəndir.

Şahidlər tərəfindən çəkilən video “Reddit”də yayımlanıb. Məlumata görə, yerli heyvan kəsimi məntəqələrində toplanan qanla dolu sistern partlayandan sonra belə bir mənzərə yaranıb.

Bildirilir ki, 5000 litr inək qanı küçədə hardasa 200 metr məsafəyə yayılıb.

Paylaş

 Xəbəriniz olsun