Küçədə qucaqlaşmaq ölümlə bitdi

  • SpaceTV
  • 25 Oktyabr 2019 15:34

52 yaşlı Hamlet Novruzov tanışları olan Qəribağa və Sərfinazla yemək yeyib, spirtli içki qəbul ediblər. Daha sonra onlar küçədə gəzintiyə çıxıblar, sərxoş vəziyyətdə olan Qəribağa və Sərfinaz yol kənarında qucaqlaşıblar.Həmin zaman küçədən keçən Türkmənistan vətəndaşı olan və Bakının Vişnyovka-1 qəsəsəbəsində yaşayan 22 yaşlı Murad Tağıyev onlara müdaxilə edərək ictimai yerdə qucaqlaşmamağı tələb edib. Bu etiraza görə tərəflər mübahisəyə başlayıb və yaxınlıqda olan Hamlet Novruzov mübahisəyə müdaxilə edərək Murad Tağıyevə iradını bildirib.Elə hər şey bundan sonra baş verib.Dava zamanı MuradTağıyev üzərindəki bıçaqla Hamletin ürəyindən bir zərbə vuraraq öldürüb.

Daha sonra mərhumun yaşadığı ünvana da yolandıq.

Onunla bir yerdə işləyən Nina adlı qadınla həmsöhbət olduq.O da ahdisədən səhər saatlarında xəbər tutduğunu dedi.Öyrəndikki Hamlet sözügedən ünvadna tək yaşayırmış.Əvvəl ailəli olub.Həmin nikahdan onun övladı olmayıb.Hazırda faktla bağlı cinayət işi başlanılıb, Murad Tağıyev tutulub, araşdırma aparılır.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun