Krit adası yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib

  • SpaceTV
  • 27 Noyabr 2019 17:57

Afina Seysmologiya Laboratoriyasının məlumatına əsasən, Krit adası yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Xaniya şəhərindən 74 kilometr qərb istiqamətində dənizdə 30 kilometr dərinlikdə baş verib.

SPACE TV  xəbər verir ki, təkanlar Afinada da hiss olunub. Xəsarət alanlar barədə məlumat yoxdur.

Paylaş

 Xəbəriniz olsun