Kriştianu Ronaldo son onilliyin bombardiri olub

  • Space TV
  • 30 Dekabr 2019 11:12

UEFA-nın bayrağı altında keçirilən yarışlarda onilliyin ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb.

SPACE TV -ın məlumatına görə, 2010-19-cu illərdə ən çox qol vuran futbolçu Kriştianu Ronaldodur.

Portuqaliya millisinin, həmçinin İtaliya “Yuventus”u və İspaniya “Real”ının heyətində keçirdiyi 10 ildə hücumçu 145 qol vurub. Bunlardan 107-si Çempionlar Liqası, 2-si UEFA Superkuboku, 6-sı Avropa Çempionatı, 3-ü Millətlər Liqası, 27-si seçmə mərhələlərdə vurulub.

2-ci sırada qərarlaşan Robert Lavandovskinin hesabında 101 qol var. O, Polşa millisi ilə Almaniya klubları “Borussiya” (Dortmund) və “Bavariya”da fərqlənib.

İspaniya “Barselona”sının argentinalı futbolçu Lionel Messi 99 qolla 3-cüdür.

İlk “beşlik”də iki qadın futbolçu da yer alıb. Norveçli Ada Heqerberq 80, Eugen Le Sommer 65 qola sevinib.

Paylaş

 Xəbəriniz olsun