Kriştianu Ronaldo qol sayına görə rekordu yenilədi

  • SpaceTV
  • 11 Sentyabr 2019 11:09

Space TV -Xarici mətbuata istinadən xəbər verir ki, Avropa çempionatlarının seçmə mərhələlərinin yeni rekordu qeydə alınıb.

 Belə ki, 34 yaşlı hücumçu Portuqaliya millisinin futbolçusu, Kriştianu Ronaldo AVRO-2020-nin Litva ilə seçmə oyununda (5:1) dörd dəfə fərqlənib. Bununla da onun qitə çempionatlarının seçmə mərhələlərindəki qollarının sayı 25-ə çatıb və qol sayında rekord qırıb.

Bu göstərici Avropada yeni rekorddur. Portuqaliyalı İrlandiya yığmasında 23 qol vuran Robbi Kinin göstəricisini iki top geridə qoyub.

Paylaş

 Xəbəriniz olsun