Kremldən ABŞ-a çağırış: “Həbsxanalardakı rusiyalıları buraxın”

  • SpaceTV
  • 4 İyun 2020 10:45

Rusiyanın ABŞ-dakı səfirliyi ölkə hökumətinə müraciət edərək, koronavirusun yayılması təhlükəsi səbəbindən rusiyalıları həbsxanalardan azad etməyə çağırıb.

Bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov “Facebook” səhifəsində yazıb.

A.Antonovun sözlərinə görə, ABŞ həbsxanalarında olan Rusiya vətəndaşlarının vəziyyəti narahatlıq doğurur: “Bu, xüsusilə ciddi xəstəliklərdən əziyyət çəkənlərə aiddir“.

Diplomat hazırda həbsxanada olan və tibbi yardımdan məhrum olan rusiyalı Konstantin Yaroşenko ilə bağlı vəziyyəti buna misal göstərib.

Səfir K.Yaroşenko və ABŞ həbsxanalarında olan digər rusiyalıların ən qısa müddətdə azad edilməsinin vacib olduğunu vurğulayıb:

“Qəti qərar verməyin vaxtı gəlib“.

Paylaş

 Xəbəriniz olsun