Kreml: “Ərdoğanın fikirləri ilə razılaşmırıq”

  • Space TV
  • 31 Yanvar 2020 16:21

Kreml Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyanın Suriya ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə dair açıqlaması ilə razılaşmır.

Gazeta.ru xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

“Biz bununla razılaşmırıq”, – deyə Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya İdlib bölgəsi ilə bağlı Soçi razılaşması əsasında üzərinə götürdüyü öhdəlikləri tamamilə yerinə yetirir.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Suriyanın İdlib bölgəsindəki vəziyyətin tənzimlənməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini açıqlamışdı.

Paylaş

 Xəbəriniz olsun