Kredit güzəştləri

  • SpaceTV
  • 30 Aprel 2020 12:22

Pandemiyadan zərər çəkmiş sahələrə kredit dəstəyi verilməsi üçün ciddi dövlət proqramı var. Bu sözləri çıxışında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. Baş bankir bildirib ki, Mərkəzi Bank hökumətin proqramlarına əsasən banklara imkan verir ki, onlar sentyabrın 30-dək kreditləri restrukturizasiya etsinlər. Yəni kreditlərin ödənilmə vaxtı uzadılsın. İqtisadçı ekspert Ruslan Atakişiyev bildirdi ki, həmin tarixə qədər sahibkarlar bu krediti ödəsələr onlara heç bir cərimə yazılmayacaq. Bu, 2020-ci il martın 1-nə qədər götürülmüş kreditlərə aiddir.

Həmin şəxslərin kredit tarixçələrinə də mənfi yazılmayacaq. Mərkəzi Bankın qərarına əsasən İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə  vətəndaşlara verilən kreditlərin ödənilməsi vaxtı da uzadılıb. İpoteka kreditləri ilə bağlı güzəşt 2020-ci ilin martın 10-na kimi götürülmüş kreditlərə şamil edilir.

Onu da qeyd edək ki, dövlət tərəfindən pandemiya ilə əlaqədar olaraq tədbirlər planına əsasən zərərə uğramış sahibkarların 1 mart 2020-ci ilə qədər aldıqları biznes kreditlərinin faiz dərəcəsinin subsidiyalaşdırlması yəni, dövlət büdcəsindən əvəzsiz maliyyə dəstəyinin verilməsi nəzərdə tutulub.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun