Kredit borcu olanların nəzərinə!

  • SpaceTV
  • 27 Aprel 2020 17:17

Qəbul edilən paketdə  əsas məqamlardan biri kredit borcu olan vətəndaşlar la  bağlıdır. Belə ki, Mərkəzi Bank kredit öhdəliklərinin- yəni əsas borc və faiz ödənişləri tam və ya qismən gecikdirilməsi halında borclu şəxsdən əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmamasını banklara tövsiyə edir.

Eyni zamanda martın 1-dək götürülən ipoteka kreditlərinin ödənilməsi ilə bağlı Mərkəzi Bank tərəfindən tədbirlər müəyyənləşdirilib.  İpoteka və zəmanət fondu tərəfindən verilən ipoteka kreditlərinin  restrukturizasiyası yəni kreditin ödəmə şərtlərinin dəyişdirilməsi həyata keçiriləcək.

Bundan əlavə mart ayınadək kredit tarixcəsi qənaətbəxş olan, yəni kredit borclarını vaxtı-vaxtında ödəyən vətəndaşların əgər martdan etibarən sentyabrın 30-a dək ödəmələrində problem yaşanarsa, bu gecikmələr onların kredit tarixcələrində qeyd olunmayacaq.

Orxan Şükür  SPACE TV

Paylaş

 Xəbəriniz olsun