KREDİT ALMAQ ASANLAŞIR

  • SpaceTV
  • 3 İyul 2020 14:14

Azərbaycanda güzəştli kredit almaq asanlaşır. Şərtlər sadələşdirilir, faizlər aşağı salınır, güzəştli kreditlər daha əlçatan edilir. Bu imkanlardan biri daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılmasıdır. Belə sahibkarlara  avadanlıqların alınması üçün güzəştli kreditlər veriləcək.

Mexanizmin mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilir. Bu mexanizm üzrə bankların faiz dərəcəsi 7 faiz təşkil edir. Tətbiq olunan yeni mexanizm biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişlənməsinə, investisiya fəallığının, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töfhə verəcək.

Bundan başqa, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə kiçik həcmli kreditlər üzrə kredit müddəti üç ildən beş ilə, orta həcmli kreditlər üzrə beş ildən yeddi ilədək artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib. Mexanizmin tətbiqində əsas məqsəd kredit risklərinin azaldılması, kiçik və orta sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasıdır.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun