“Köynəkdə” doğulan uşaq hər kəsi heyrətə gətirdi

  • SpaceTV
  • 7 Fevral 2020 11:53

ABŞ-ın Minnesota ştatının Sent-Pol şəhərinin sakini dünyaya gətirdiyi uşaqla hər kəsi heyrətə salıb.

Belə ki, Conatan adlı uşağın əlləri, ayaqları, külrəyi və çiyni qara tüklərlə örtülü olub, üzündə isə saqqal görünüb. Bundan başqa, uşaq “köynəkdə” – adətən, doğuş zamanı partlayan döl qabığında dünyaya gəlib. Bu, çox nadir hadisədir və bəzi mədəniyyətlərdə bu xoşbəxtlik kimi qəbul olunur.

Bu barədə “Uniland” xəbər yayıb.

Bildirilir ki, USM zamanı uşağın bədənində görünməyən tüklər valideynləri 28 yaşlı Entoni Lopes və 26 yaşlı Nensmi Rivera üçün sürpriz olub. Ata zarafatla uşağını “balaca Rosomaxa” adlandırır.

Bununla belə, həkimlər qorxulu bir şey olmadığını deyiblər. Onların sözlərinə görə, bu zərif tüklər lanuqo adlanır və çimən zaman öz-özünə tökülür. Adətən, belə tüklər uşaqda hamiləliyin ikinci dövründə yaranır və onu isidir. Lanuqo 32-36-cı həftədə yoxa çıxır, ancaq nadir hallarda doğuşa qədər qalır.

Paylaş

 Xəbəriniz olsun