Körpülərin təmiri yekunlaşır

  • SpaceTV
  • 19 Sentyabr 2019 16:55

Ölkə başçısının sərəncamına uyğun  olaraq, Gəncə şəhərinin hüdularında eyni adlı çay üzərində mövcud olan  5  körpünün əsaslı təmiri işləri yekunlaşmaqdadır. İşlər yekunlaşdıqdan sonra Gəncənin körpüləri daha 50 ildən artıq təmir olunmadan istifadə edilə bilər.

Ölkə rəhbərinin müvafiq sərəncamı ilə ayrılan vəsait hesabına Gəncə şəhərini iki hissəyə ayıran Gəncəçay üzərində  tarixən mövcud olan 5 iri körpüdə əsaslı təmir işlərinə bir neçə ay əvvəl başlanılıb. Ölkənin ikinci böyük şəhərində olan  bu körpülərin müasir tələblərə cavab verəcək şəkildə təmiri başa çatmaq üzrədir.

İşləri Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir. Bəzi körpülərdə dayanıqlılığın  artırılması məqsədilə istinad divarları da yenidən qurulur. İşlərə 15-ə yaxın texnika və lazımi sayda işci qüvvəsi cəlb olunub. İşlər yekunlaşdıqdan sonra Gəncənin körpüləri daha 50 ildən artıq təmir olunmadan istifadə edilə biləcək.

Bildirək ki, işlərin oktyabr ayında yekunlaşdırılması nəzərdə tutulur.

Zakir Muradov Space Gəncə

Paylaş

 Xəbəriniz olsun