Körpə ürəktutmasından dünyasını dəyişdi

  • SpaceTV
  • 25 Sentyabr 2019 12:20

1 yaşlı Dərya Zeynalova dünənə qədər sağ idi. Amma ürəktutması onu yaşamağa qoymadı. Hələ dil açmamış körpə bu həyatdan da səsiz səmirsiz çıxıb getdi.

“Space” -in bölgə müxbiri məlumat verir ki, evdə, 1 yaşlı uşaq evdə ailəsinin yanında olub. Qəfildən uşağın ürəyi tutur və fələk vaxtsız alır bu məsum, hələ dil açmamış körpəni. Valideynləri çox keçmədən xəbər tutsalar da, təəssüf ki, artıq əlac olmur və bu balaca mələk əbədiyyətə qovuşur.

Kürdəmirdə uşaq ölümü baş verib. Hadisə dünən axşam, təxminən 20:30 radələrində rayonun 69-cu məhəllə adlanan ərazisində qeydə alınıb. 1 yaşlı Zeynalova Dərya Nizami qızı evdə olarkən ürəktutması halı baş verib. Valideynləri azyaşlını təcili olaraq xəstəxanaya çatdırıb və reanimasiya şöbəsinə yerləşdiriblər. Lakin, təəssüflər olsun ki, körpənin həyatını xilas etmək mümkün olmayıb və elə oradaca keçinib.

 Vahid  Fəxri,  Kürdəmir Space

Paylaş

 Xəbəriniz olsun