Körpə ölümü

  • Space TV
  • 3 Dekabr 2019 15:31

Hamilə qadın rayonun Kürkəndi  kənd sakini, 19 yaşlı Hurə Fətiyeva  doğum sancıları ilə xəstəxanaya müraciət edib. Həkimlər əvvəlcə xəstəni normal doğuşa alsalar da, sonradan körpənin çəkisinin böyük olduğundan xəstə əməliyyata götürülüb.

Sabirabad perinatal mərkəzin həkimlərinin dediyinə görə,  xəstə doğuşa  qədər perinatal mərkəzdə qeydiyyatda olmayıb. Körpənin ölümünə gəldikdə isə həkimlər səbəb kimi onun boğulmasını göstərirlər.

Faktla bağlı  Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun