Körpə küçəyə atlıb

  • Space TV
  • 29 Noyabr 2019 16:49

Noyabrın 28-də saat 18.20 radələrində, Şirvan şəhəri Leytenant İbrahimov küçəsi, 18  mənzil 2 ünvanında yerləşən mənzilin qapısına, yun parçaya bükülmüş və sellofan torbaya qoyulmuş halda uşaq tapılıb.   Onu aşkar edən Şirvan sakini uşağın tapılması barədə  Şirvan Şəhər Polis Şöbəsinə məlumat verib. Polis əməkdaşları tərəfindən tapılmış uşaq Şirvan doğum evinə təhvil verilib.

Həkimlərin rəyinə görə, adsısz kimi qeydiyyata alınan uşaq təxminən 2-3 gün əvvəl doğulub. Çəkisi 2,4 kiloqram, cinsi qız, təxminən 36 həftəlik hamiləlikdən sonra dünyaya gəlib. O da qeyd edilir ki, uşağın göbəyinin qeyri-peşəkar kəsilməsindən aydın olur ki, körpə tibb müəssisəsində doğulmayıb.

Uşağa həkimlər tərəfindən  bütün yardımlar edilib. Hazırda doğum evində küveysə yerləşdirilən körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır.  

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun