Korotçenko Rusiya ermənilərinə: “Rusiya vətəndaşısınızsa, prezidentiniz Putindir”

  • Space TV
  • 11 Yanvar 2021 15:41

“Niyə bu etirazçılar – “xalq” – Moskvada otururlar? Elə gedib Ermənistana ölkəni qaldırsınlar, düzəltsinlər də”.

Spacetv.az-ın məlumatına görə, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko “Telegram” kanalında Ermənistanın Moskvadakı səfirliyi qarşısında keçirilən etiraz aksiyasını şərh edərkən yazıb.

“Rusiya vətəndaşısınızsa, prezidentiniz Putin, baş naziriniz də Mişustindir”, – o bildirib.

“Xarici səfirlik qarşısında çaqqallıq eləməyə də ehtiyac yoxdur”, – İ.Korotçenko qəzəbini dilə gətirib.

Paylaş

 Xəbəriniz olsun