Azərbaycanda koronovirusdan ölən şəxslərin dəfn qaydaları açıqlanıb. Öncə ölən şəxsin xəstəxanadan morqa gətirilməsində iştirak edən məsul şəxslərə dünyasını dəyişənin COVID-19 xəstəliyindən öldüyü barədə məlumat verilir. Daha sonra həmin şəxslər xüsusi fərdi mühafizə geyimləri ilə təmin olunurlar.
Səhiyyə Nazirliyinin Məhkəmə tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin baş direktoru Ədalət Həsənov deyir ki, koronovirusdan ölən şəxslərin yuyulmasında iştirak edən morq işçiləri də fərdi qoruyucu vasitələrdən uzunboğaz əlcək, N95 maska, eynək və uzun önlük geyinirlər. Meyid yuyulduqdan sonra bütün istifadə olunan vasitələr tibbi tullantı qabına atılır
Meyid islam qaydalarıan uyğun olaraq yuyulub xüsusi qaydada büküldükdən sonra hüquq mühafizə orqanlarının iştirakı ilə ölən şəxsin yaxınlarına təhfil verilir.
Ədalət Həsənov Azərbaycanda koronovirusdan ölən şəxslər üçün xüsusi qəbiristanlığın salınmadığını və həmin şəxslərin tabutla birlikdə dəfn olunması xəbərinin həqiqəti əks etdirmədiyini bildirdi
Məlum olduğu kimi ölkəmizdə bu günə kimi koronovirus xəstəliyindən 21 nəfər dünyasını dəyişib.
RƏŞAD VƏKİLOĞLU SPACE TV