Koronovirusa yoluxmanın tez bir zamanda müəyyən edilməsi məqsədilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Koronavirusa görə özünü yoxla” proqramı hazırlanıb

  • SpaceTV
  • 17 Aprel 2020 17:34

Koronovirusa  yoluxmanın  tez bir zamanda müəyyən edilməsi məqsədilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Koronavirusa görə özünü yoxla” proqramı hazırlanıb. Bunun üçün  www.isim.az internet sayıtına daxil olmaq lazımdır. Burada  koronavirus linki seçilir və  verilən sualların cavablarına əsasən koronavirusa yoluxma riski müəyyən olunur.

BMT-nin İnkişaf Fondunun dəstəyi ilə hazırlanan proqramın məqsədi insanlara müvafiq tibbi yardım üçün müraciət etmək barədə qərar verməkdə yardımçı olmaqdır. Nazirlikdən  verilən məlumata görə, özünüyoxlama proqramı hər hansı xəstəlik o cümlədən COVID-19və ya digər tibbi vəziyyətlərin diqnostikası və ya müalicəsi üçün nəzərdə tutulmayıb. Səhiyyə Nazirliyinin rəsmisi Nabil Seyidov həmçinin qeyd etdi ki, proqram insanlarda digər simptonların aşkar olunduğu halda onlara öz həkimləri ilə əlaqə saxlamağı tövsiyə edəcək bu da öz növbəsində insanlar arasında sağlamlığın təşviqinə, sağlam həyat tərzinin qorunmasına köməklik göstərəcək. 

Qeyd edək ki, Proqram yalnız Azərbaycanda yaşayan insanlar üçün nəzərdə tutulub.

NURLAN OKTAYOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun