Korono virusunun təhlükəsi

  • SpaceTV
  • 21 Yanvar 2020 18:07

2 milyard əhalisi olan Çində yayılmış  koronavirusa  artıq Cənubi Koreyada  da  yoluxanlar  var. Çinin Uxan şəhərindən  bu ölkəyə səfər edən daha bir nəfərin də koronovirusa yoluxduğu müəyyən edilib. Xəstəliyin klinik əlamətləri kimi əsasən hərarət, bəzi pasiyentlərin döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunur.

Artıq ABŞ, Cənubi Koreya da daxil olmaqla bir neçə ölkənin beynəlxalq hava limanlarında Çindən gələn sərnişinlərin koronavirusa yoluxma ehtimalını müəyyən  etmək  üçün  onların tibbi yoxlanışına başlanılıb.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyir ki, bütün dünyada müşahidə olunan kəskin respirator  virus infeksiyalarının  4-9 faizi korono virusunun payına düşür.Artıq bir neçə ölkəni cənginə almış virusun  insanlar  arasında xəstəlik yaradan  37 növü vardır ki, ölümə səbəb olanı yeni virus növüdür.

Çinin  azərbaycanlıların  da mütəmadi səfər etdikləri ölkələrdən biri olduğunu nəzərə alsaq, deyə bilərik ki, təhlükə bizdən də yan keçmiyə bilər.   Çinlə  Azərbaycanın  ticarət  əlaqələri geniş olduğundan  hər ay ölkəmizdən Çinə yüzlərlə  insan səfər edir və eləcə də Çindən Azərbaycana. Bu baxımdan,   bu virusun ölkəmizə yayılma riski böyükdür.

onu qeyd edək  ki, Dünya Səhiyyə Təşkilatı Çinə səyahət edənlərə diqqətli olmağı tövsiyə edib.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun