Koronavirusun yeni əlamətləri aşkarlandı: Yaşlılarda görülür

  • Space TV
  • 24 Aprel 2020 10:01

ABŞ Emori Universitetindən həkim Kamille Vauqan dünya miqyasında 2 milyon 720 mindən çox insanın yoluxduğu koronavirusun yaşlı insanlarda fərqli simptomlarının təsbit edildiyini açıqlayıb.

SPACE TV  xəbər verir ki, əlamətlər görülməyən bir çox xəstələrdə oxşax xüsusiyyətlər və simptomlar olduğunu dilə gətirən həkim qeyd edib:

“Əsasən koronavirusun 3 əlaməti var: Yüksək hərarət, daima öskürmək və nəfər darlığı. Fəqət yaşlılarda bu əlamətlər yoxdur”.

O, yaşlılarda bu əlamətlər yerinə başqa xüsusiyyətlər görüldüyünü qeyd edib. Onun sözlərinə görə, viusa yoluxan yaşlılar normaldan daha çox yatmağa meylli olur, yemək yemir və ətrafda olanlara maraqları azalır.

Paylaş

 Xəbəriniz olsun