Koronavirusun yayılması nə vaxt başa çatacaq? -Rus alim AÇIQLADI

  • Space TV
  • 13 Mart 2020 16:09

“Dünyada koronavirusun yayılması yayın ortalarında dayana bilər”.

SPACE TV xəbər verir ki, bu müddət haqda İnterfaks-a Rusiya Federasiyasının Fundamental və Tərcümə Tibb Tədqiqat Mərkəzinin yoluxucu xəstəliklər eksperimental modelləşdirmə və patogenezi şöbəsinin müdiri Aleksandr Şestopalov tərəfindən verilib.

Onun sözlərinə görə, epidemiya bu ilin iyun-iyul aylarında başa çatacaq. Çində pik yoluxma müddəti fevralın 2-də başa çatıb.

Alim əmindir ki, koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətin təxminən 50 faizi çaxnaşmanın nəticəsidir. Xəstəlik və ölüm hallarına dair məlumatlara əsaslanan Şestopalov qeyd edib ki, COVID-19-a səbəb olan virus 2002-2003-cü illərdə yayılmış SARS və 2012-2015-ci illərdə yayılmış Yaxın Şərq tənəffüs sindromunu doğuran koronaviruslarından 10-15 dəfə az patogendir.

O, əlavə edib ki, indi dünyada bir gündə vərəmdən ölənlərin sayı COVID-19 epidemiyasından cəmi ölənlərdən daha çoxdur.

Şestopalov koronavirusların həmişə olduğunu, lakin indi diaqnostikaların artdığına görə daha tez-tez aşkarlandığını bildirib:

“Ümumiyyətlə, yayılma əleyhinə görülən tədbirlər bəzən həddindən artıq olmasına baxmayaraq adekvatdır”.

Son məlumatlara görə, dünyada 128 mindən çox koronavirus infeksiyası qeydə alınıb. 4.7 mindən çox xəstə ölüb, 68 mindən çoxu sağalıb.

Paylaş

 Xəbəriniz olsun