Koronavirus epdemiyasının yayılmağa başladığı Çində bu gün it əti festivalı başlayıb. Festival ölkənin Quanqxi əyalətinin Yulin şəhərində keçirilir. Şəhərdəki bazarlarda it əti sərgilənməyə başlanılıb.
SPACE TV xəbər verir ki, heyvan haqları müdafiəçisi Piter Li it ətinin yeni xəstəliklərə yol aça biləcəyini və insanlar üçün riskli olduğunu bildirib. O, Çində it ətinin satılmasına qadağa qoyulması üçün qanuni dəyişikliklərin edilməsi gərəkdiyini deyib.
Ölkədə it əti ticarətinin 12,3 milyon dollar ticarət həcminə malik olduğu bildirilir.