Koronavirusun ”ürəyi” Uhandan şad xəbər: – ”Virus təhlükəsi keçdi”

  • Space TV
  • 10 Mart 2020 17:36

Çin prezidenti Xi Tszinpin yeni tip koronavirus (Covid-19) epidemiyasının mərkəzi olan Uhan şəhərində olub .

SPACE TV xəbər verir ki, Çin Dövlət Başçısı Xi’nin Covid-19 epidemiyasının ürəyi olan Hubey əyalətinə bağlı Uhan şəhərini ziyarət edib. Prezident əvvəlcə 10 gündə inşa edilən koronavirus xəstələri üçün nəzərdə tutulan xəstəxanaya baş çəkib.

Son günlərdə koronavirusa qarşı mübarizədə müsbət dəyişikliklər yaşayan Uhan şəhərindən olan xəstələr ilə görüşərək onlara epidemiya ilə mübarizədə daha da səy göstərməyə çağırıb.

Dövlər başçısı bildirib ki, Uhan epidemiya ilə mübarizədə qalib gəlir,virus təhlükəsi arxada qalmaqdadır.

Ölkədəki epidemiya tədbirləri ilə əlaqədar olaraq iqtisadi fəaliyyətə tam başlamaq mümkün olmasa da, bir şəhərdən digərinə gedənlər 14 gün öz evlərində karantinada qalmalıdırlar.

Bu günə qədər dünyada 114 min 544 koronavirusa yoluxma halı qeydə alınıb.Koronavirusdan ölənlərin sayı isə 4min 26 nəfərdir.Son məlumatlara görə Çində 50mindən çox insan koronavirusdan sağalıb.

Paylaş

 Xəbəriniz olsun