Koronavirusun peyvəndini yoxlamaq üçün könüllü axtarılır – 7500 manat veriləcək

  • Space TV
  • 13 Mart 2020 13:55

İngiltərədəki bir klinika, dünyada yayılan ölümcül koronavirusa qarşı bir peyvənd hazırlamaq üçün könüllü axtarır.

SPACE TV  xəbər verir ki, iki həftə karantində gözləyən könüllülərə 3500 sterlinq (7500manat) ödəniləcək. Araşdırmanı aparan Londonun şərqindəki bir laboratoriyaya cəmi 24 nəfər könüllü lazımdır.

Karantinada saxlanılacaq insanlar iki həftə ərzində heç bir şəkildə digər insanlarla əlaqə qurmayacaqlar. Peyvəndin yay və payız aylarında hazır olacağı gözlənilir. Tədqiqatı aparan elm adamları bildirib ki, sağlam adamlar əsasən də tənəffüs problemləri olmayan, ciddi xəstəlik keçirtməyən insanların təcrübə üçün yararlıdır.

Laboratoriyada təcrübə zamanı könüllülər yalnız həkimlər və tibb bacıları ilə görüşəcəklər, onlara fiziki təmas qadağan ediləcək.

Testə qəbul edilməzdən əvvəl könüllülər qan, sidik və ürək müayinələrindən keçəcəklər və xəstəlik tarixi barədə məlumat verəcəklər. 14 gün ərzində xəstələr yalnız bəzi testlər üçün tibb bacıları və həkimləri ilə görüşə biləcəklər.

Burun və qan testi apararkən, istifadə etdikləri salfetlərdəki bakteriya və viruslar laboratoriyada müayinə üçün ayrılacaq. Könüllülər heç bir şəkildə fiziki fəaliyyət göstərə bilməyəcəklər və çox ciddi bir diyet edəcəklər.

Bir mövzu olmaq istəyənlər FluCamp.com saytından müraciət edə bilərlər.

Paylaş

 Xəbəriniz olsun