Koronavirusun müalicəsinə kömək edən dərmanların adı açıqlandı

  • Space TV
  • 3 Fevral 2020 11:18

Taylandın paytaxtı Banqkokdakı “Racavithi” xəstəxanasının həkimləri yeni növ virus təsbit edilən şəxslərə HİV (İİV – İnsanın immunçatışmazlığı virusu) və qrip dərmanlarından hazırlanan bir qarışıq tətbiq ediblər.

SPACE TV  “bangkokpost.com”a istinadən xəbər verir ki, məlumata görə, müalicədən 48 saat sonrakı nəticələrdə xəstənin vəziyyətinin yaxşılaşdığı müşahidə olunub. 10 gün ərzində vəziyyətində yaxşılaşma görülənlər arasında virusun yayılmağa başladığı Çinin Vuhan şəhərindən gələn 70 yaşlı çinli bir qadın da var.

Bildirilib ki, müalicədə antiHİV dərmanları “lopinavir” və “ritonavir” ilə qrip dərmanı olan “oseltamivir”in qarışığı istifadə edilib. Xəstəxananın həkimləri deyib ki, bu qarışıq virusun müalicəsinə tam kömək etmir, lakin, xəstələrin vəziyyətini yaxşılaşdırır.

Qeyd edək ki, Çində də virusun müalicəsi üçün HİV və qrip dərmanlarından istifadə edilir.

Paylaş

 Xəbəriniz olsun