“Koronavirusun mənbəyi Çin deyil, ABŞ-dır” – SENSASİON ARAŞDIRMA

  • Space TV
  • 11 Aprel 2020 17:02

İngilis genetiki Peter Forster ABŞ və Avstraliyada A tipli koronavirusun aşkar edildiyini bildirib.

SPACE TV “CNN Türk”ə istinadən xəbər verir ki, Forster araşdırma nəticəsində koronavirusun gen xəritəsinə dair təəccüb doğuran məqamları üzə çıxarıb.

160 koronavirus genetik kodunun araşdırıldığını deyən Forsterin sözlərinə görə, A tipli virus yarasalardan əmələ gəlir və “koronavirusun atası” sayılır. Bu virusa ilk olaraq ABŞ-da rast gəlinib.

İngilis genetiki Çində müşahidə edilən virusun mutasiyaya uğrayan B tipli koronavirus olduğunu, C tipli virusun isə Avropa ölkələrində yayıldığını qeyd edib.

Paylaş

 Xəbəriniz olsun