Koronavirusun daha təhlükəli yeni ştammı ölkəmizdə var? – RƏSMİ AÇIQLAMA

  • Space TV
  • 7 Yanvar 2021 17:18

“Hazırda heç kim doğru məlumat verə bilməz ki, Azərbaycanda koronavirusun yeni ştammı var”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, bu gün ölkədə PCR üsulu ilə virusun mövcudluğunu təsdiq etmək mümkündür:

“Virusun növünü, mutasiyasını və yeni ştammlarının olduğunu araşdırmırıq. Bu gün məlum olan ştamm haqqında dəqiq məlumat odur ki, yoluxma sürəti daha yüksəkdir”. 

“Daha ağır xəstəlik törədir, yaxud daha çox ölümə səbəb olur, fəsadları meydana çıxır kimi məlumatlar tam məlum deyil”, – deyə Y.Qarayeva əlavə edib.

Paylaş

 Xəbəriniz olsun