Koronavirusun çoxalmasının ilk şəkilləri çəkildi

  • Space TV
  • 1 Fevral 2020 12:40

Honkonq Universitetinin alimləri yeni koronavirusun çoxalmasını lentə ala biliblər.

Bu barədə “Bloomberg” agentliyi yazır.

Şəkillərdə 2019-nCoV koronavirusuna yoluxmuş hüceyrələri görmək olur.

Mütəxəssislərin məlumatına əsasən, virusa yoluxmuş hər bir hüceyrə minlərlə yeni virus hissəciklərinin daşıyıcısını yarada bilər.

Virusun öyrənilməsi ilə məşğul olan tədqiqatçılardan biri olan Con Nikols bildirib ki, universitet ştammı olmayan digər alimlərə özlərinin apardıqları araşdırmaların nəticələrini verməyə hazırdır.

Paylaş

 Xəbəriniz olsun