Koronavirusun ən DƏHŞƏTLİ GÜNÜ: Bu ölkədə bir sutkada 1918 nəfər öldü

  • SpaceTV
  • 8 Aprel 2020 13:48

Yeni növ koronavirusda son sutkada rekord ölüm meydana gəlib.

SPACE TV xəbər verir ki, ABŞ-da son sutkada 1918 insan koronavirusdan həyatını itirib. Bu virus meydana çıxdığı vaxtdan ən yüksək göstəricidir. Bununla da, ABŞ-da virusdan ölənlərin sayı 18 min 857 olub.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxanların sayına görə də liderdir. Belə ki, ölkədə 400 min insan virus daşıyıcısıdır.

Paylaş

 Xəbəriniz olsun