Koronavirusun ən DƏHŞƏTLİ GÜNÜ: ABŞ-da bir sutkada 1200 nəfər öldü

  • SpaceTV
  • 3 Aprel 2020 11:05

ABŞ-da yeni növ koronavirus nəticəsində ölənlərin sayı 6095 nəfərə çatıb.

SPACE TV  xəbər verir ki, bu barədə koronavirus statistikalarını hazırlayan Cons Hopkins Universiteti məlumat yayıb. Bildirilib ki, ABŞ-da son 24 saatda 1169 nəfər koronavirusdan ölüb. Bu, bir ölkədə sutka ərzində qeydə alınmış ən böyük ölüm sayıdır.

Bundan əvvəlki “rekord” İtaliyaya məxsus idi, martın 27-də burada 969 nəfər ölmüşdü.

Qeyd edək ki, ölkədə koronavirusa yoluxanların sayı 240 mini keçib. Bu göstəricidə də ABŞ dünyada ilk yerdə qərarlaşıb.

Paylaş

 Xəbəriniz olsun