Koronavirusu xəbər verdiyi deyilən kitab ilə bağlı həqiqət üzə çıxdı

  • Space TV
  • 14 Mart 2020 14:02

Dünyada İtaliya, İran, və Çində yüzlərlə insanın ölümünə, minlərlə insanın yoluxmasına səbəb olan koronavirusun mənbəyi, yayılması haqqında müxtəlif şaiələr var.

SPACE TV  xəbər verir ki, həmin məlumatların bəzilərində deyilir ki, koronavirusu 16 ci yüzillikdə Nostradamus təxmin edib, hətta bu haqqda İncildə yazılıb. Digər tərəfdən koronavirusun Çinin Uhan laboratoriyasında qəza nəticəsində bialoji silah hazırlanarkən sızdırıldığı iddia edilir.

Yazıçı Dean Koontozun 1981 ci ildə yazdığı ”The Eyes of Darkness” adlı romanında “Uhan-400” adlı bir koronavirus xəstəliyinin adı çəkilir.

İddia edilir ki, yazıçı Silviya Broune də 12 il əvvəl öz kitabında koronavirus barədə məlumat verib.

“2020-ci ildə dünyaya ağciyərlərə təsir edən və bütün tibbə məlum müalicələrə cavab verməyən, zökəmə bənzər ciddi bir epidemiya yaranacaq.

Xəstəliyin özündən də təccüblü olan onun qəfil gəldiyi kimi qəfil yoxa çıxması gerçəyidir. 10 il sonra xəstəlik yenidən yayılacaq və sonra tamamilə itəcək”.

Son günlər kitabda yazılanlar, dünyada bir çox insanın diqqət mərkəzindədir. Hətta dünya ulduzları da “İnstaqram” səhifələrində bu barədə postlar paylaşaraq reallığa olduqca yaxın olan bu təsadüfün necə baş verdiyini sorğulayırlar.

 Əslində isə həqiqət başqadır.

Kitabdakı hadisələr ilə bağlı Snopes.com saytı araşdırma aparıb. Faktı yoxlayan veb saytı Sars virusunun kitabı nəşr etməzdən bir neçə il əvvəl meydana gəldiyini və yazıçın da həmin keçiddən ilham alaraq bu kitabı yazdığını tapıb.

Paylaş

 Xəbəriniz olsun