Koronavirusla mübarizə çərçivəsində tibb və qeyri-tibb işçilərinə 95,5 milyon manat əlavə ödənilib

  • Space TV
  • 7 Oktyabr 2020 14:25

Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə mart-avqust ayları üzrə iş vaxtına mütənasib olaraq ümumilikdə 95,5 milyon manat məbləğində müddətli əlavə ödənilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Spacetv.az-a verilən məlumata görə, aylar üzrə tibb işçilərinə aşağıda qeyd edilən qədər vəsait ödənilib:  

Mart ayı üzrə 24 min 388 nəfərə 11,7 milyon manat;

Aprel ayı üzrə 13 min 245 nəfərə 14,1 milyon manat;

May ayı üzrə 11 min 638 nəfərə 14,3 milyon manat; 

İyun ayı üzrə 14 min 784 nəfərə 18,2 milyon manat; 

İyul ayı üzrə 15 min 805 nəfərə 20 milyon manat; 

Avqust ayı üzrə 14 min 91 nəfərə 17,2 milyon manat.

Paylaş

 Xəbəriniz olsun