Koronavirusla mübarizə aparan tibb və qeyri-tibb işçilərinə 13,1 milyon manat ödənildi

  • SpaceTV
  • 1 İyun 2020 10:40

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 11 707 nəfərə – 9015 tibb işçisinə və 2692 qeyri-tibb işçisinə aprel ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib. 

Agentlikdən SPACE TV-a verilən xəbərə görə, Bakı şəhəri üzrə 140, respublikanın digər şəhər və rayonları üzrə 115 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə aprel ayı üzrə iş vaxtına mütənasib olaraq 13,1 milyon manat müddətli əlavə ödənilib. 

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, yeni növ koronavirus infeksiyası ilə əlaqəli tibbi  profilaktik tədbirləri həyata keçirən 3124 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının üç misli məbləğində – 1,9 milyon manat ödənilib.

Təcili tibbi yardım xidməti göstərən 3837 tibb işçisinə və bioloji materialın müayinəsi ilə məşğul olan 269 laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının dör misli məbləğində 6.3 milyon manat ödənilib.

Pasiyentlərə stasionar tibbi xidmət göstərən 1785 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının beş misli məbləğində 2.6 milyon manat ödənilib.

Məlumatda daha əvvəl 2692 qeyri-tibb işçisinə 3-5 misli məbləğində 2.3 milyon manat müddətli əlavə verilib.

Paylaş

 Xəbəriniz olsun