Koronavirusla bağlı zarafat səbəbindən təyyarə hava limanına qayıtdı

  • Space TV
  • 5 Fevral 2020 10:53

Torontodan Yamaykaya uçan Kanadanın “WestJet” şirkətinə məxsus təyyarə təcili şəkildə çıxdığı hava limanına qayıtmalı olub.

CBC xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin yeni növ koronavirusa yoluxması barədə zarafat etməsi olub.

Bu məlumatı eşidən təyyarənin pilotu Torontoya qayıtmaq qərarını verib.

Təyyarədə 243 sərnişin olub. Təyyarə yerə endikdən sonra 29 yaşlı zarafat edən şəxs həbs olunub və şirkətə ziyan vurmaqda ittiham edilir.

Qeyd edək ki, martın 9-da o, məhkəmə qarşısında törətdiyi əmələ görə cavab verməli olacaq.

Paylaş

 Xəbəriniz olsun