Koronavirusla bağlı SON STATİSTİKA

  • Space TV
  • 17 Avqust 2020 10:24

Dünyada 21 826 634 nəfərdə koronavirus aşkarlanıb.

Virusdan 773 074 xəstə ölüb, 14 564 184 nəfər sağalıb.

Spacetv.az xəbər verir ki, dünyada koronavirusa ən çox yoluxma ABŞ (5 566 632 nəfər), Braziliya (3 340 197 nəfər), Hindistanda (2 647 663 nəfər) müşahidə edilir.

Azərbaycanın sərhəd qonşularında Rusiya 922 853 yoluxma ilə ölkələr arasında dördüncüdür.

Digər qonşularımız İranda 343 203, Türkiyədə 249 309, Ermənistanda 41 663, Gürcüstanda 1 336 yoluxma qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 34 219 nəfərin 506-sı ölüb, 31 875-i sağalıb.

Paylaş

 Xəbəriniz olsun