Koronavirusla bağlı son STATİSTİKA

  • Space TV
  • 16 Avqust 2020 10:50

Dünyada 21 616 917 nəfərdə koronavirus aşkarlanıb.

Virusdan 768 989 xəstənin öldüyü, 14 332 746 nəfərin sağaldığı məlumdur.

Koronavirus qitələr arasında ən çox Şimali Amerikada (6 520 091 nəfər), Asiyada (5 579 677 nəfər) və Cənubi Amerikada (5 228 818 nəfər) müşahidə edilir.

Ölkələr arasında virus ən çox ABŞ (5 529 789 nəfər), Braziliya (3 317 832 nəfər) və Hindistanda (2 590 501 nəfər) qeydə alınıb.

Azərbaycanın sərhəd qonşusu Rusiya 917 884 yoluxma ilə dünya ölkələri arasında dördüncüdür.

Digər qonşularımızdan İranda 341 070, Türkiyədə 248 117, Ermənistanda 41 495, Gürcüstanda 1 321 nəfərdə koronavirus aşkar olunub.

Azərbaycanda koronavirusa yoluxan 34 107 nəfərin 31 697-si sağalıb, 506 nəfəri ölüb.

Paylaş

 Xəbəriniz olsun