Koronavirusla bağlı problemlər dərinləşsə, karantin uzadılacaq – RƏSMİ

  • Space TV
  • 8 May 2020 12:45

“Xüsusi karantin rejimi və koronavirusun bitməsi vətəndaşlardan da asılıdır”.

SPACE TV-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Yeni” TV-nin canlı yayımında bildirib.

O bildirib ki, vətəndaşlar dövlət tərəfindən tövsiyə olunan xüsusi karantinlə bağlı mübarizə tədbirlərinə ciddi əməl etsələr, inanıram ki, bu xəstəliyin qısa zamanda bitəcəyinin şahidi olacağıq”.

“Əhali sosial məsafəyə, tibbi maskaların taxılması kimi qaydalara əməl etməsələr, bu problem daha da uzanacaq və dərinləşəcək. Dövlət məcburiyyət qarşısında qalıb, daha ciddi xüsusi karantin rejimi tətbiq edəcək. Bu da arzuolunan hal deyil”, – deyə o qeyd edib.

Paylaş

 Xəbəriniz olsun