Koronavirusdan yenicə sağalan Ronaldu “Yuventus”a qələbə qazandırdı

  • Space TV
  • 2 Noyabr 2020 11:13

İtaliya A Seriyasının 6-cı turundə “Yuventus” klubu “Speziya”nın qonağı olub.

Spacetv.az xəbər verir ki, qarşılaşmanın 14-cü dəqiqəsində “Yuventus”un ispaniyalı hücumçusu Alvaro Morata topu tora qovuşdurub.

Ev sahibi 32-ci dəqiqədə Tomasso Pobeqanın vurduğu qolla hesaba tarazlıq gətirib: 1-1. Qarşılaşmanın ilk hissəsi bu hesabla başa çatıb. 

İkinci hissəsnin 56-cı dəqiqəsində argentinalı Paulo Dibalanı əvəzləyən və yenicə koronavirusdan sağalan “Yuventus”un portuqaliyalı ulduzu Kriştianı Ronaldu üç dəqiqə sonra fərqlənməyi bacarıb və komandasını yenidən hesabda önə çıxarıb. 

Qarşılaşmanın 67-ci dəqiqəsində “Yuventus”un fransalı futbolçusu Adrien Rabiot da fərqlənib. Oyunda son növqətni 76-cı dəqiqədə K.Ronaldu qoyub. O, komandasının 4-cü, özünün 2-ci qolunu təyin olunmuş penaltini dəqiq yerinə yetirməklə vurub. 

Bu qələbədən sonra “Yuventus” 12 xalla 3-cü, “Speziya” beş xalla 17-ci yerdə qərarlaşıb.

Paylaş

 Xəbəriniz olsun