Koronavirusdan sağalanların sayı 200 mini keçdi

  • SpaceTV
  • 2 Aprel 2020 16:01

Dünyada koronavirusdan sağalanların sayı 202 min 826-ya çatıb.

SPACE TV xəbər verir ki, bununla belə, ümumi yoluxma hallarının sayı da əvvəlki günlərdə olduğu kimi, artaraq 950 min 713 nəfərə bərabər olub.

İndiyə qədər COVID-19 pandemiyası bütün dünyada 48 min 311 nəfərin həyatına son qoyub.

Çindən bütün dünyaya yayılan koronavirusa ən çox yoluxma isə ABŞ, İtaliya və İspaniyada qeydə alınıb.

Paylaş

 Xəbəriniz olsun